Rəqqasə Fatimə Fətəliyevanın izləyicisinə verdiyi cavab diqqət çəkib.
"Sherg.az"ın məlumatına görə, rəqqasə "İnstagram"da açdığı canlı yayın zamanı ona "qocasınız" deyən izləyicisinə cavab verib.
F.Fətəliyeva üzünün şişməsindən danışıb:
"Xəstə-xəstə kim məclis apara bilər? Altı saat "kablok"da xəstə canımla, qızdırmalı halda məclis idarə etmişəm. Heç hiss olunur? "İnstagram"da paylaşmışam, baxın da.
Görün, Fatimə xəstəyə oxşayır? Qarğış etmirəm, arzulayıram ki, yarım dəqiqə siz də xəstəlik keçirdəsiz, necə olarsız? Üzünüz şişməz, əyilər".