İkinci dəfə ana olmağa hazırlaşan aktrisa Ülviyyə Xəlilbəyova yeni paylaşım edib.
"Sherg.az" xəbər verir ki, aktrisa dünyaya gələcək ikinci övladının cinsiyyətini açıqlayıb.
Ü.Xəlilbəyova növbəti dəfə oğlan övladı olacağını izləyiciləri ilə bölüşüb:
"Gələnin cinsi bəllidir. Fuadıma qardaş gəlir. Sağlam gəlsin".
Ü.Xəlilbəyova həmkarı Murad İsmayılla ailəlidir. Cütlüyün Fuad adlı oğul övladı var.