Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova ailə həyatı qurmağa hazırlaşır.
Bu barədə müğəninin qızı məlumat verib.
"Sherg.az" xəbər verir ki, Aysun İsmayılovaya evlilik təklifi edən sevgilisi ona çiçək hədiyyə edib. Gənc ifaçı çiçəklər ilə çəkdirdiyi şəklini "İnstagram" səhifəsində paylaşıb.
A.İsmayılovanın paylaşdığı fotoya izləyicilərindən biri "sevgilinin adını yaz, hamı rahatlasın, mən də" deyə şərh bildirib.
O isə izləyicisinə belə cavab verib:
"Adı Eşqindir. Amma şoumen Eşqin deyil".