Hadisənin nişan üzüyünə əl qoyula bilər

Xəbər verdiyimiz kimi, iş adamı Mehmet Dinçerler müğənni Hadisəyə 40 min dollarlıq üzüklə evlilik təklif etdikdən sonra borcları ilə gündəmə gəlmişdi.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "40 min dollara üzük aldığına borcunu ödəsin" deyə, açıqlama verən Mehmetin əmisinin vəkili "2 sayfa" verilişinə açıqlama verib.

Dinçerlerin 11 milyon lirə borcu olduğunu deyən vəkil "Hadisənin üzüyü əlindən alına bilər" söyləyib.

Qeyd edək ki, daha əvvəl sözügedən üzüyün 3 milyon 133 min 280 lirə (təxminən 393 min 226 manat) dəyərində olduğu bildirilimişdi. Hadisənin özündən 2 yaş kiçik sevgilisi "Gloria Jean's Coffees"in sahibidir. Cütlüyün aprelin 27-də nikah masasına əyləşəcəyi deyilir.