İsrail ilə HAMAS arasında razılaşmanın şərtlərinə uyğun olaraq, ilkin mərhələdə 2 min nəfər fələstinlini girovluqdan azad ediləcək.
APA xəbər verir ki, bu barədə yazı “The Jerusalem Post”da dərc edilib.
Bildirilib ki, bunun müqabilində Fələstin tərəfi 33 israilli girovu buraxmağı öhdəsinə götürüb.
Nəşrin yazdığına görə, anlaşmanın icrası imzalandıqdan 2-3 gün sonra başlayacaq və birinci mərhələ 42 gün davam edəcək.
Azad olunacaq 33 nəfərin arasında qadınlar və uşaqlar, daha sonra qadın hərbi qulluqçular, eləcə də 50 yaşdan yuxarı kişi cinsli vətəndaşların olduğu bildirilib.