Nadir Qafarzadə və oğlunu Rusiyaya bağlayan tellər:"40 min dollar xərcləmişəm..."

Müğənni Nadir Qafarzadə övladına görə rus şou-biznesinə xərclədiyi məbləği açıqlayıb.
“Sherg.az”ın məlumatına görə, “Şourum”un kameralarına tuş gələn müğənni dodaq uçuqladan vəsait sərf edib:
“Oğlum Əziz dedi ki, “burda oxuyan çoxdur, mən özümü orada görə bilirəm”. Xətrinə dəymədim. Hələki sponsoru yoxdur, kömək edirəm. Bir layihə üçün 40 min dollar xərcləmişəm. Çox bahalı ölkədir. Oğlum kimi ya da ondan yaxşı oxuyanlar var. Şans söhbətidir, bunu zaman göstərər. Hər halda onun istəyini ürəyində qoymadım. Bir ata olaraq  boynuma düşən vəzifəni yerinə yetirirəm, dəstək oluram”.