"A bala, mən səni döyüm... 5 gün əvvəl niyə yalan danışdın?"
"Sherg.az"ın məlumatına görə, bu sözləri müğənni Roza Zərgərli həmkarı Kərim Abbasova səslənərək söyləyib.
"ŞouRum"un qonağı olan müğənni bir müddət öncə kök hüceyrə əməliyyatı keçirdən həmkarından danışıb:
"Əməliyyatdan sonra Kərimlə görüşdük. Konsertdə çıxış edirdi, möhtəşəm idi, zatən onun səhnəsi var. Üzü şiş idi. Soruşdum, nə olubdu? Dedi ki, "dişimi çəkdirmişəm, üzüm şişib". Bəlkə də, adam çox olduğuna görə elə cavab verdi. Sırağagün də əməliyyata girməzdən öncə paylaşdığı videonu gördüm".
Müğənni sonda "Əslində düz edib. Kişilər də özlərini qulluq etməlidilər. Təqdirəlayiqdir. Lakin bir daha mənə yalan danışma"-, deyə R.Zərgərli qeyd edib.
Xatırladaq ki, müğənni Kərim Abbasov "yaşlanmağa son" deyərək kök hüceyrə proseduru üçün əməliyyat olub.