Sevil - Sevinc bacıları DUBAYDA: "Günəşlənmək üçün getməmişdik, istədiyimiz..." - Fotolar

Müğənni Sevil və Sevinc Səfərovalar tətilə erkən yollanıb.

"Sherg.az"ın məlumatına görə, əkizlər istirahət üçün Birləşmiş Ərəb Əmirliklərini ( BƏƏ ) seçiblər.  Dubayda dincələn müğənnilər zürafələrlə səhər yeməyinə gedib.

İfaçılar görüntüləri sosial şəbəkədə paylaşıblar.

Səfərovalar səfərlərinin məqsədinin yalnız istirahət olmadığını qeyd ediblər:

"Dubaya yalnız günəşlənmək üçün getməmişdik. İlk getmək istədiyimiz isə BƏƏ-nin paytaxtı Abu-Dabi idi. 

Çünki dünyanın 6 ən böyük məscidlərindən biri orada yerləşir".