"22-23 yaşlarımda, şıltaq vaxtımda ailəm arada geyimimə görə tənbeh edirdi. İndi isə açıq geyinmək dəbdə deyil".
"Sherg.az" xəbər verir ki, bu sözləri "Söz Baz" verilişinin qonağı müğənni Günay İbrahimli deyib.
Onun sözlərinə görə, qadın nə qədər bağlı geyinərsə, bir o qədər də cəlbedici görünər:
"Gündəlik həyatımda, verilişə gələndə açıq geyinmirəm, lakin klip çəkilişlərimdə olub. Heç kim qadağa qoymayıb, bir az dəlisovam, öz bildiyimi edirəm".