Müğənni Səidə Sultan əməkdar artist, bəstəkar Elza Seyidcahanın ünvanına sərt sözlər söyləyib.
“Sherg.az” xəbər verir ki, müğənni “ŞouRum” verilişində E.Seyidcahanın ifasını dinlədikdən sonra dediyi ifadələr qalmaqal yaradıb.
“İQ səviyyəsi 70 faizdir. Bundan normal insanlardakı kimi 90 faiz İQ gözləyirsiz? 70 faiz isə əqli zəiflik, çatışmazlıqdır.
Mənim haqda süjeti izləyib “yazıq” kimi xitab edib. Söz atırsan. Niyə yazığam? Yazıq düşmən olar, belə də ki, yazıq sənsən. Çox şükür hər şeyim yerindədir.
Mahnılarım sevilir. Artıq söz eşitmirəm, hörmət görürəm, qarşılıq göstərməyə çalışıram"-, deyə bildirib.
Səidə Sultan onun haqqında “Mahnı oxumaqla deyil, soyunmaqla gündəmdədir” söyləyən əməkdar artistə səslənib:
"Elza xanım, mahnılarım çılpaqlığa görə sevilməyib. Səidə Sultan kimi efirə çıxandan bəri qısa paltar, şort geyinmişəm. Ona görə efirlərə çağırmırdılar. Acığa elə qısa da geyinirdim. Açıq - saçıq geyinmək bədənimə yaraşır. Dilim də var, dilçəyim də. Hamısı bir-birini tamamlayır".