Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana rəqqasə Fatimə Fətəliyevanın onu ad günü məclisindən qovması barədə danışıb.
Bu haqda "Sherg.az"a açıqlama verən Canana bildirib ki, o həmin vaxt çəkiliş komandası ilə Aydın Saninin konsertinə gedib:
"Çəkiliş qrupu Fatimə xanımın ad günündə müğənnilərdən müsahibə götürmək istədi. Bütün müğənnilər məclislərimizdə olub, tanıyırlar. Mən də razılaşdım, hətta doğum gününü təbrik edəcəkdim.
Təsadüfən Mətanət xanımı gördüm. Digər tərəfdən işçi qızlar yaxınlaşdı, hal-əhval tutdular. "Nələr olacaq" dedilər. İçəri girmək fikrim yox idi".
Onun sözlərinə görə, hadisə plansız şəkildə baş verib:
"Fatimə xanım yaxınlaşıb "niyə burdasan?" deyə soruşanda onun ad gününə gəlmədiyimi söylədim. Arxamca danışmasın. Sözümün arxasında dayanıram. Reklama ehtiyacım yoxdur, onsuz da gündəmdəyəm.
Fatimə xanımın hərəkəti qadınlığa yaraşmayan hərəkətdir. Deyir "mən onu tanımıram". Necə tanımır? Birlikdə nə qədər videolarımız var. Həm həmkarıq, həm də sənin salonuna işçi belə göndərmişəm. Tanıdın, tanımadın, məclisə gəlmişəmsə, üstümə hücumla gəlməyin doğru deyil. Kiminsə əmrinə qul oldu. Ən böyük günah Fatimə xanımda yox, uşaqlarımın nənəsi Mətanət İsgəndərlidədir. Qovulmağımı istəyir.
Zaur Bəxşəliyev verilişə çağırmışdı, redaktorla əlaqə saxlayıb efirə çıxmağımı yasaqlayırdı".
Qeyd edək ki, bir müddət öncə əməkdar artist Mətanət İsgəndərli və keçmiş gəlini Canana rəqqasə Fatimə Fətəliyevanın ad günündə üz-üzə gəlib.
Canananı dəhlizdə görən M.İsgəndərli özündən çıxıb. O, ətrafdakılara və məkandakı mühafizəçilərə onun içəri buraxılmamasını tapşırıb. Həmin görüntülər sosial şəbəkədə gündəm olub.