Gülşənin Bakıya gələcəyi tarix AÇIQLANDI

Türkiyənin pop müğənnisi Gülşən Bakıda canlı konsert proqramı ilə çıxış edəcək. 

"Sherg.az"ın məlumatına görə,  bu barədə “İticket.az” saytı məlumat yayıb. 

İfaçının musiqili gecəsi mayın 27-si “Bakı Konqres Mərkəzi”ndə keçiriləcək. 

Qeyd edək ki, Gülşən sonuncu dəfə 8 il əvvəl 2014-cü ildə ölkənin əsas səhnəsi H.Əliyev sarayında çıxış edib. O, səhnəni Xalq artisti Röya Ayxanla bölüşüb.