Müğənni Nüşabə Ələsgərli müflis olub. Sənətçi bu barədə ATV kanalında efirə gedən "7 Canlı" verilişində bildirib. "Sherg.az" xəbər verir ki, aparıcı Vüsalə Əlizadənin müğənniyə "Restoran, gözəllik salonu və digər biznes obyektlərinizi niyə bağladınız?" sualına cavab verən N.Ələsgərli qeyd edib:
"Gözəllik salonundan heç bir qazanc əldə etmədim. O salon mənim özümə işləyirdi. Həm də gərək işin başında adamın özü dayansın. Kiməsə etibar etməklə, işi başqasına tapşırmaqla uğurlu nəticə qazanmaq olmur. Bir da onda oyanırsan ki, "Lələ köçüb yurdu qalıb". Odur ki, "Ziyanın yarısından qayıtmaq da xeyirdir" deyib, biznes işini dayandırdım.