Ötən gün Nazilə Səfərli oğlu üçün dağın ətəyində, şəlalə kənarında nikah mərasimi gerçəkləşdirib.
"Sherg.az"ın məlumatına görə, o, görüntüləri sosial şəbəkədə paylaşıb.
"Nikahda kəramət var. Sizin üçün əlamətdar gündür. Həm kəbininiz, həm də nikahınız. Yeni yuvanıza Allah bərəkət versin. Sağ əliniz subayların başına.
Sənədli sübutlu qaynana oldum. Canım yanmasın, necə də gözəl qaynanayam"-, deyə şairə ürək sözlərini yazıb.
Qeyd edək ki, Qusarda Laza şəlaləsinin önündə ailə quran Nurlan və Nuranənin toyu mayın 9-da baş tutacaq.