Müğənni Natavan Həbibi onu tənqid edən həmkarı Nadir Qafarzadəyə cavab verib.
"Sherg.az" xəbər verir ki, N.Həbibi İnstaqram hesabında ad çəkmədən sərt sözlər yazıb:
“Mənə əziz olmayan şou əhli, gedin, heç kimə lazım olmayan işinizlə məşğul olun! “Qudurmayın”. Dostluq etmək, məclisə qatılmaq istəmədiklərim, özünüzə hörmət edin. Kamera qarşısında şirə dönməyin, hamınızı tanıyırıq. Mənim efirlərə çıxmağımın səbəbi elə siz olacaqsız. Sizi tanımayanlara sizi tanıdacam. Maskalarınızı çıxarın!”.
Pop ifaçısı daha sonra efirlərə çıxmaq üçün qonorar istədiyinə görə ona qarşı açıqlama verən şou-əhlinə müraciət ünvanlayıb:
“Haqqıma girdiniz, sizə elə bu da azdır. Sizi insan, sənətçi, sənətkar yerinə qoyan olmayıb, elə də qalacaqsız. Yəni, qulluqçu, kloun vəziyyətindəsiz! Özünüzə hörmət qoymadınız. Aparıcıların, kanal işçilərinin köməkçiləri kimi danışdınız. Bizə qarşı çıxmaqla öz haqqınızı tapdaladız. Nə gündəsiz?”
Qeyd edək ki, ifaçı Nadir Qafarzadə “7 Özəl” proqramında bu sözləri deyib:
“Natavanın son zamanlar ulduzluğu tutub. Dostlarını saymır, unudub. Elə insanlar var ki, uzunmüddətli dostluğu bacarmır. Dostu ilə düşmənini ayırmır. Bir vaxtlar oğluma deyirdim, toy edəndə kimi çağırım? Cavab verirdi ki, Natavanı. Ona söylədim ki, oğlum toyunda səni istəyir. Amma gəlmədi! Ona tövsiyyə edirəm ki, düşün, daşın, yaşın gedir. Mənim 50, sənin yaşın 40-a çatıb. Gənclik gedib, kaprizləri kənara qoy”.
Mənbə: Olay