Nadirlə Ayan sevgilidirlər? - AÇIQLAMA:"Artıq söz yazmayın"

Müğənni Nadir Qafarzadə duet ortağı Ayan Babakişiyeva ilə səmimi fotosunu  paylaşıb.
"Sherg.az" xəbər verir ki, müddət öncə aralarında sevgi münasibətlərinin olması söz-söhbətlərilə gündəmə gələn müğənni paylaşınını belə şərh edib:
"Hər vaxtınız xeyir! Xahiş edirəm, artıq söz yazmayın, yəni bilib-bilmədən babal yuyub, günaha batmayın! Ayan Babakişiyeva dostum ve həmkarımdır!".