Cansu eşq iddilarına cavab verib


Türkiyəli aktrisa Cansu Dərə İstanbulun Etilər səmtində görüntülənib.


Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa jurnalistlərin "Sadakatsız" serialında tərəf müqabili Caner Cindorukla eşq yaşaması barədə verilən suallara belə cavab verib:

"Dostlar etməyin, xahiş edirəm, eşitməmiş olum. Yoxdur elə bir şey".

Qeyd edək ki, bir müddət əvvəl aktyorların eşq yaşadığı iddia olunurdu.