Klarnet ifaçısından aparıcılara: “Hörmətsiz aparıcılar, bəsdi verilişləri zibilxanaya çevirdiniz” - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aparıcıların verilişlərə dəvət etdiyi qonaqlardan gileylənib.
Oxu.Az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
Hüseyn aparıcıları tənqid edərək onları “hörmətsiz” adlandırıb.
“Acı həqiqət, gündən-günə zövqləri korlayanlar çoxalır. Hörmətsiz aparıcılar, bəsdirin bəzi verilişləri zibilxanaya döndərdiniz”, - deyə Hüseyn paylaşımında əlavə edib.
Sözügedən paylaşımı təqdim edirik: