Elnardan “Elit star” Cəmiləyə: “Sakit oturdum, açıqlama versəm...” - VİDEO

Müğənni Elnar Xəlilov Space TV-də yayımlanan “Elin gözü” verilişində “Elit star” ləqəbi ilə məşhurlaşan müğənni Cəmilə İsgəndərova ilə yaşadığı polemikaya münasibət bildirib. 
Oxu.Az-a açıqlama verən Elnar Xəlilov verilişdə üzərinə çox gedildiyini vurğulayıb:
“Verilişdə mən başdan-sona qədər sakit oturdum. Ancaq gördüm ki, bütün deyilən sözlər mənə ünvanlanır, “sən beləsən, sən eləsən” və s. Axırda dözmədim, cavab verdim. Hər dəfə bəxtimdən elə olur ki, qalmaqal yaranır. Elə bilirlər ki, qalmaqalı sevən insanam. Mən qaçıram elə şeydən. Müzakirə mövzusu cavanlarla bağlı idi. Mən yenə açıqlama versəm, elə biləcəklər ki, bu mövzu ilə gündəmə gəlmək istəyirəm. Mən elə şeydən çəkinirəm”.
Qeyd edək ki, Cəmilə İsgəndərova: “Şəxsən mən sənin adını bilmirdim”, - deyə Elnara müraciət edib. Bundan sonra ikili arasında gərginlik yaşanıb. 
Elnar Cəmiləni repertuarında yer alan “Unuda bilərsən” mahnısı ilə imtahana çəkib: 
“Mən sizin mahnınızı bilirəm. Deyin mənə, görüm, bu mahnı etalondur? Bu nəğmə hansı laddadır?” 
Cəmilə isə Elnarın bu sualına cavab verə bilməyib. Elnarın: “Bundan sonra siz mənə sənətkar olaraq necə irad tuta bilərsiniz? Əgər siz oxuduğunuz mahnının hansı ladda olduğunuzu bilmirsinizsə” sözlərinə Cəmilə: “Mahnıları xalq üçün oxuyuram. “Unuda bilərsən” mahnım xalq tərəfindən də çox sevilib”, – deyə cavab verib.