Pərvin Abıyeva hansı bizneslə məşğuldur?: "Nə olduğunu..."

Aktrisa Pərvin Abıyeva sənətlə yanaşı bizneslə məşğul olduğunu deyib. 
Axşam.az xəbər verir ki, o, bu haqda "MTV maqazin" proqramında danışıb. Aktrisa bildirib ki, qazandığı pulları əmlaka xərcləyib:
"Üç evim var: ikisi bina evidir, biri bağdır. Amma hələ birində yaşayıram. Biznesin nə olduğunu deməyim. İstəmirəm bunu deyim".