Puqaçova və Qalkinin əkizlərinin yeni fotosu yayıldı

Rusiyanın Xalq artisti Alla Puqaçova və şoumen Maksim Qalkinin övladlarının yeni şəkilləri yayılıb. 

Axşam.az xəbər verir ki, sentyabrda doqquz yaşı tamam olacaq əkizlərin fotosunu Puqaçova və Qalkin çox paylaşmağı sevmir. 

Sosial şəbəkə istifadəçiləri Lizanın müğənni anasına, Harrinin atasına bənzədiyini vurğulayıblar. 

Qeyd edək ki, cütlük hazırda İsraildə yaşayır. Rusiyanın Ukraynaya hərbi hücumundan sonra ölkəni tərk edən Puqaçova sentyabrda dönəcəyini bildirib.