Bülənt Ersoy üçün fərqli məzar hazırlanacaq: lift də olacaq 

 Türkiyəli müğəni Bülənt Ersoy üçün fərqli məzar hazırlanacaq. "Sherg.az" "mediatimeaz"a istinadən xəbər verir ki ,bu haqda Ərsoyun köməkçisi Fevzi Siverek danışıb.Onun sözlərinə görə , qəbirdə lift də olacaq. Məzar Zəncirliquyu ərazisində hazırlanacaq : " Bülənt xanım məzarı üçün daxili işlər naziri Süleyman Soyluya müraciət etdi , onlar da " nə lazımdırsa , edəcəyik " dedilər.Zəncirliquyu ərazisində Bülənt xanım üçün qəbir hazırlanacaq . Amma pərəstişkarlarının bilməməsi üçün məzarı dərin edəcəyik . Dərin edəcəyimiz üçün qəbir liftlə düzəldəcəyik . Onu liftlə endirəcəyik . Lift də şifrələnəcək . Qəbir sadə olacaq . Büdcə ayırmışıq " . Fevzi Siverek diqqətə çatdırıb ki,məzar 1,5 milyon lirəyə ( təxminən 147 min 300 AZN ) başa gələcək