Zaur:"Atam dedi ki, Yaşar Nurinin iki qızı var, bax, birini bəyən"

 Aparıcı Zaur Kamal mərhum Xalq artisti Yaşar Nuri ilə bağlı etiraf edib. "Sherg.az" "axşam.az"a istinadən xəbər verir ki, aparıcı illər əvvəl atasının onu aktyorun qızı ilə evləndirmək istədiyini söyləyib: "İncəsənət Universitetində oxuyanda Yaşar Nuri mənə dərs deyirdi  Çox zəhimli adam idi. Atam dedi ki, Yaşar müəllimin iki qızı var. Get bax, birini bəyən. Elçi gedək və sənə alaq.Mən də dedim, qələt edib o qapıya gedərəm. Yaşar müəllim məni bilirsiz nə edərdi ". " Həmin Zaur " proqramında qonaq olan Y.Nurinin qızı Ülkər Yaşarqızı isə ona cavab verib:"Mən də incəsənət universitetini bitirmişəm. Pis olmazdı ".