Müğənni Rəqsanə İsmayılova qızı Aysunun toyunda iştirak etməməyinin səbəbini açıqlayıb.
"Sherg.az" xəbər verir ki, dünən müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun toyu gerçəkləşib. Eşqin Cəlilovla ailə quran Aysunun toyu dənizkənarı restoranların birində keçirilib. Toyda Aysunun valideynlərinin iştirak etməməsi hər kəsin marağına səbəb olub.
İfaçı instaqram səhifəsindəki paylaşımında toyda iştirak etməməyinin səbəbini vurğulayıb:
" Balasının xoşbəxtliyi hər bir valideynin arzusudur. Qismət elə gətirdi ki, səhhətimdə yaranan problemlərə görə qızımın toyunda iştirak edə bilmədim. Hələ də qızdırmam var. Bu gün yenidən həkimə gəldik. Müayinə olunuram. Onsuz da Aysunumun nişanı toy kimi oldu. İnşAllah, yaxşı olaram. İyulun 25 - də Bakıda oğlumun məclisində yenidən dostlarla bir araya gələcəyik. Allah qismət etsə. Qızımın bu xoş günündə onu tək qoymayan bütün dostlarıma, tanışlarıma sonsuz təşəkkür edirəm. Allah bütün balaları xoşbəxt etsin, bizimkiləri də içində. Qızımın arzusu fərqli toy etmək idi, şükürlər olsun, bu toy da baş tutdu".