Talıb Tale Bərdə konsertində çətin anlar yaşadı - VİDEO

Müğənni Talıb Tale konserti zamanı çətin anlar yaşayıb.  
Oxu.Az xəbər ki, Bərdədə konsert verən müğənni səhnədən düşərkən izdihamla qarşılaşıb.
Konserti izləməyə gələnlər Talıbla görüşüb, şəkil çəkdirmək istəyiblər. Bu səbəbdən Talıb bir müddət pərəstişkarlarının arasında qalaraq hərəkət edə bilməyib.
Onun köməyinə polis əməkdaşları gəlib və müğənnini ərazidən uzaqlaşdırıblar.
Sözügedən görüntüləri təqdim edirik: