"Olduğun yeri danmaq  "çuşka"lıqdır..." Murad Arif


"Dua Lipa hər konsertindən, Murad Arif də hər məclisindən paylaşım edir. Mahiyyətcə eyni şeydir. Bizdə heç kəs konsertlə dolanmır, orada da heç kəs məclislərlə dolanmır".

Sherg.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Sənətçi Azərbaycanda ifaçıların konsertdən yox, toydan pul qazanmasını tənqid edənlərə cavab verib:

"Bəzi bunu qınayan "sovremennılar"a (keçmişlərinə baxsaq o deyil) başa salın ki, önəmli olan "lifestyle" və "aktivitedir". Məsələn cərrahlar əməliyyatından, müəllimlər dərslərindən, makiyaj ustaları öz işlərindən, idmançılar məşqlərindən paylaşım edər. Müğənni də bunun üçündür. Yoxsa, Bakıda oturub Hollivud ulduzu havasına girmək deyil. Olduğun yeri qəbul etmək ən böyük "cool"uqdur. Olduğun yeri danmaq isə "çuşka"lıqdır. Biz buyuq, ən yaxşılardanıq və biz hər gün partladırıq".