Rihanna ana olandan sonra ilk dəfə - Fotolar

 Mayda ana olan 34 yaşlı müğənni Rihanna övladını dünyaya gətirəndən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Axşam.az xəbər verir ki, Rihanna reper nişanlısı Eysap Roki (Rakim Mayers) "Wireless"  festivalında çıxışına dəstək olmaq üçün  Londona uçub.

O, mühafizəçilərin müşayiəti ilə “Kristal Palas” futbol klubunun stadionuna daxil olaraq azarkeşləri təəccübləndirib. Onun qara bol gödəkçədən isifadə etməsi diqqət çəkib.

Qeyd edək ki, cütlüyün oğlu dünyaya gəlib.