Şou-biznesdə “Pişik” ləqəbi ilə məşhurlaşan müğənni Günel Ələkbərova özəl açıqlama verib.
"Sherg.az" xəbər verir ki, ifaçı "MTV Maqazin"ə "Tik-Tok"dan 15 günə təxminən 7 min manat qazandığını bildirib:
" "Tik-tok”dan pul qazanmasam, daha səmərəli işlərlə məşğul olaram, gedib qablarımı yuyaram. Maddi marağım yoxdursa, orda oturmaram. TikTok”da açdığım canlı yayımlardan 7 000-10 000 manat arası pul qazanıram. Həftəyə 15 000 manat pul qazanmaq kimi bir şey yoxdur. Bu, yalandır. O dediyim rəqəmi də bir həftə yox, haradasa on beş günə qazanıram".