Azərbaycanın ötən ilki “Avroviziya” təmsilçisi müğənni Samirə Əfəndi libasının qiymətini açıqlayıb.
"Sherg.az" xəbər verir ki, "ŞouRum" proqramına danışan ifaçı geyiminin qiymətinin 2 min dollar olduğunu bildirib:
"Lovğalanmağı sevmirəm. Bəlkə, qiymətini deməyim? Göz dəyər. İki rəqəminin yanına üç sıfır və "S" işarəsi qoyaq, 2 min dollar. "Mama, papa" sağ olsun".