Polis Elza Seyidcahanın maşınını əlindən aldı

Əməkdar artist Elza Seyidcahanın maşını cərimə meydançasına aparılıb.
Müğənni Lent.az-a açıqlamasında bu faktı təsdiqləyib.
O bildirib ki, vaxtında cəriməni ödəmədiyi üçün maşını hələ də cərimə meydançasındadır:
“Bu gün səhər verilişə gedirdim. Maşınımı cərimə meydançasına apardılar. Cəriməm var idi, vaxtında ödəmədiyimdən üst-üstə yığılır. Hər zaman deyirəm ki, polisim məni qoruyur. Amma bəzən bizi anlamalıdırlar. Çəkilişlərə gedirik, gecikirik”.
Qeyd edək ki, Elza Seyidcahan mətbuata açıqlamasında bildirib ki, onun 5 min manata yaxın cəriməsi var və maddi səbəblərə görə ödəyə bilmir.