Xatun: "Birinin də toyuna 2 min manat yazdırmışdım, gəlib 200 manat yazdırıb"

Müğənni Xatun Əliyeva oğlu Adilin bir neçə gün əvvəl baş tutan toyuna pul yazdırmayan tanınmışdan danışıb.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Zaurla Günaydın" proqramında söz açıb. Ad çəkməyən Xatun bir çox sənət adamından şikayətlənib:

"Eləsi oldu ki, gəldi toya, amma pul yazdırmadı. Olsun, heç nə demədim. Pulu düşünərək toy etməmişəm. Birinin də toyuna 2 min manat yazdırmışdım, gəlib 200 manat yazdırıb. Pis oldum, dedim, yəqin, pulu olmayıb. Yazdırdığını qaytarmaq istəyirdim".

Qeyd edək ki, Adil Gülnar adlı xanımla ailə qurub.