Bred Pittin yaşadığı eşqlə bağlı yeni iddialar


Hollivud ulduzu Bred Pitt və İnes de Ramonun eşq yaşaması ilə bağlı yeni iddialar ortaya atılıb.

Axşam.az xəbər verir ki, aktyorun yeni sevgilisi haqqında məlumat hələ noyabrda gündəmə gəlmişdi. Paparatsilər Los-Ancelesdəki Bono konsertində qucaqlaşan və əl-ələ tutan cütlüyün şəklini çəkiblər. İnes zərgərlik ustası və "The Vampire Diaries"in ulduzu Pol Ueslinin keçmiş həyat yoldaşıdır.

Bu yaxınlarda Pittin de Ramonu “Babylon” filminin qala gecəsinə gətirdiyi bildirilib. Moda sənayesindən olan anonim mənbə "People"a bildirib ki, aktyor qıza ciddi münasibət bəsləməsəydi, bunu etməzdi.

"İnes Bredin çox şirin olduğunu deyir" deyən insayder cütlüyün Yeni il gecəsini birlikdə qeyd etməyi planlaşdırdıqlarını bildirib.

Pittlə yaxından tanış olan başqa bir mənbə də nəşrə cütlüyün görüşdüyünü və çox xoşbəxt olduğunu təsdiqləyib. Bununla belə, o qeyd edib ki, hələlik ciddi münasibətdən söhbət getmir, lakin Bred və İnez bir-birləri ilə gözəl vaxt keçirir.