DiKaprionun yeni eşq yaşadığı eşidən Hadid nə edib?

Model Cici Hadidə bir müddət əvvəl ayrıldığı Leonardo DiKaprionun yeni eşqə başlamasına əhəmiyyət verməyib.

Axşam.az xəbər verir ki, bu haqda Hadidə yaxın olan mənbə"Page Six"ə danışıb. İnsayderin sözlərinə görə, aktyor və model bir-birlərini həqiqətən bəyəniblər, lakin onların heç biri hazırda ciddi bir şeyə hazır deyillər. Ona görə də Hadidin narahat olacağı bir şey yoxdur. "Cici üçün prioritet qızıdır" deyə, mənbə əlavə edib.

Di Kaprio bu yaxınlarda yeni aktrisa olmaq istəyən Viktoriya Lamasla görüntülənib. 

İnsayder deyib ki, DiKaprionun qrafiki doludur. Cici isə onunla ayaqlaşa bilməyib:

"Cici sadəcə olaraq Di Kaprio ilə ayaqlaşmaq üçün kifayət qədər enerjiyə malik deyil. Onun həyat tərzi onun üçün həddindən artıqdır".