"Toyu dayandırdıq, ikinci kursda oxuyur. Universiteti bitirsin, sonra. Onun üstündə çox əziyyətim olub. Arzum olub ki, qızım təhsilini alsın sonra ailə həyatı qursun. Sevən insan gözləyər. Qızım gündəmdə olmağı sevmir".
"Sherg.az" xəbər verir ki, bunu müğənni Şəbnəm Tovuzlu "Elgizlə izlə" verilişində qızı Günelin toyu ilə bağlı danışarkən deyib.
O bildirib ki, əvvəl övladının toyunu dekabrda etmək istəsə də, sonradan fikrindən daşınıb.
İfaçı övladının toyuna türkiyəli sənətçi Sibel Canı gətirmək istədiyini vurğulayıb:
"İmkan və məsləhət olarsa, gətirəcəm. Olmazsa, öz sənətçilərimiz yer alacaq".
Qeyd edək ki, Günel noyabrda nişanlanıb.