"Özümə heç yazığım gəlmir" - Aygün Kazımova

Xalq artisti Aygün Kazımova özünə qarşı acımasız davrandığını etiraf edib.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Göstərir radio" verilişində qonaq olduğu zaman danışıb. O, özündən çox ətrafındakıları düşündüyünü deyib:

"Özümü çox incitmişəm, amma insanlar tərəfindən bağışlanmağı daha çox sevirəm. Olur ki, iş prosesi zamanı əsəbiləşirəm, amma bir müddət davam edir. Həmin an düşünürəm ki, mən kimisə acıladım, qışqırdım. Çalışıram ki, onun könlünü alım və ya üzr istəyim. Başa salıram ki, hansı səbəbdən oldu, elə bir vəziyyətdir ki, çox gərginəm, amma səni sevirəm. Özümü də çox incidirəm, ən azı plastik əməliyyatlarla... Özümə heç yazığım gəlmir".