"Camdaki kız"da yeni aktrisa - Foto


"Kanal D" kanalında yayımlanan "Camdaki kız" serialına yeni aktrisa daxil olacaq.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Hivda Zizan Alp rol alacaq. Aktrisa serialda "Hayri"nin həyat yoldaşı "Türkan" obrazına həyat verəcək.

Qeyd edək ki, ekran işinin baş rolunu Burcu Biricik canlandırır.