"Həyat yoldaşım əvvəllər mənə sənətdə qadağalar qoyub".
"Sherg.az" xəbər verir ki, bunu sənətçi Aşıq Zülfiyyə "ATV səhər" verilişinə müsahibəsində söyləyib. Musiqiçi bildirib:
“Ərim harasa getməyə icazə vermirsə, demək, bir bildiyi var. Evin böyüyü odur. Hər xırda məsələyə görə, dava edib, qalmaqal yaradaraq, ailədə qanqaraçılıq salmaq lazım deyil. İstənilən mövzuda son sözü kişi deməlidir".