"İfaçı var ki, səhnəyə də, oxumağa da yararsızdır".
"Sherg.az" xəbər verir ki, bu barədə əməkdar artist Cavanşir Məmmədov "Xəbər-ətər" proqramında danışıb. O vurğulayıb ki, kimi dindirirsən, deyir, professoram:
"Professor "vəsiqəsi" almaqla deyil. Aftandil İsrafilovun professor "vəsiqəsi" yoxdur, amma oxumaq üzrə akademikdir. Həmçinin də Həsənağa Sadıqov, Akif İslamzadə, Flora Kərimova, Zeynəb Xanlarova, İlhamə Quliyeva, Briliant Dadaşova bu qəbildəndirlər. Fısıldaya-fısıldaya oxuya bilmirlərsə, axı onları necə qəbul edim? Konfeti şokolad yerinə yedizdirməsinlər".