"Oğlum yaraşıqlıdır. Çirkin qızı ona necə alım?".
"Sherg.az" xəbər verir ki, bunu müğənni Könül Kərimova "Səhər mərkəzi" verişində deyib. O, övladını evləndirmək istədiyini qeyd edib:
"Qəşəng, ağıllı, sarışın, saçı uzun qız olsun, amma qaynaq yox.
Gəlin mənim süpürgəmdir, harada qoydum, orada da dayanmalıdır. Onun dediyi ilə oturub, durmayaq.
Maşallah, indiki gəlinlər özləri ilə adət-ənənə aparırlar. Ali təhsili vacib deyil. Müğənni olmağını istəmərəm. Mən onsuz da çöllərdəyəm, evdə oturan, bir stəkan çay dəmləyən adam olmalıdır axı.
Başqa niyyətlə demirəm. Qardaşımın qızını liseydən çıxarıb, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə göndərdim. Çünki fitri istedaddır. Yəni müğənniləri təhqir etmirəm".