Manaf Bakı toylarına "toy tutdu": "Sanki hüzr mərasimidir..." 

"Pandemiyadan sonra ümumiyyətlə, toy ab-havası yoxdur". 
"Sherg.az"ın xəbərinə görə, bunu müğənni Manaf Ağayev "Səhər mərkəzi" verilişində vurğulayıb. O deyib ki, sanki heç toy yiyəsi də sevinmir, əlacsızlıqdan edir:
"Tək-tük rayon, kənd yerlərində toya tamarzılıq hiss olunur. Amma şəhərdə məclis sahibləri elə bil hər gün toy edirlər. Təbii ki, hər kəsə şamil etmirəm, amma 90 faiz belədir. Pandemiyadan sonra toyun iyi, qoxusu yoxa çıxdı. Gedib, görürsən ki, sanki hüzr mərasimidir. Yəni "yalandan toyumu edim, çıxsın, getsin" kimi".