Müğənni Niyam Salami "Həmin Zaur" verilişində Əməkdar artist Mətanət İsgəndərliyə qızıl boyunbağı hədiyyə edib.
"Sherg.az" xəbər verir ki, N.Salami M.İsgəndərlinin doğum günü münasibətilə ona üzərində qızıl açar olan boyunbağı bağışlayıb.
İfaçı deyib ki, M.İsgəndərlinin ad günü tarixini səhv salıb, tələm-tələsik hədiyyə axtarmağa başlayıb:
"Elə bilirəm, bu gün Mətanət xanımın ad günüdür. Efirə gəldim, dedilər ki, yaydadır".
Qeyd edək ki, müğənni boyunbağını həmkarına təqdim edərkən "Sən şou-biznesin açarı, toyların kraliçasısan" - deyib.