"Qrey anatomiyası"nın aktyoru karyerasını bitirdi

"Qrey anatomiyası" serialının aktyoru İsayya Vaşinqton karyersını bitirmək qərarı alıb.

Axşam.az xəbər verir ki, aktyor bu barədə tviter hesabında yazıb. O, qərarını qaradərili olduğu üçün qarşılaşdığı çıtinliklərə görə atdığını vurğulayıb:

"Görünür, nifrət edənlər, təxribatçılar qalib gəldi. Artıq məni insanların rənglərlə bağlı irəli-geri düşüncələri, siyasəti və zarafatları maraqlandırmır".