"Ruhəngiz Allahverdiyeva depressiyadadır, evdən çıxmır"

Əməkdar artist Ruhəngiz Allahverdiyeva depressiyaya düşüb. 

Axşam.az xəbər verir ki, sənətçi evdən çölə çıxmadığını, özünü pis hiss etdiyini deyib. Bu haqda "Həmin Zaur" verilişində aparıcı Zaur Kamal bəhs edib. O bildirib ki, R.Allahverdiyeva depressiyadadır.

Bunu təsdiqləyən sənətçi aparıcının "Deyir ki, evdən çölə çıxmıram, pisəm, depressiyadayam" sözlərinə belə reaksiya verib:

"İki insan var, adlarını açıqlayacağam... Vəziyyətə baxıram, hadisəni deyə bilmirəm. Desəm, gərək ad çəkəm. Çoxu elə bilir ki, reklam xatirinə deyirəm.  Bunu danışsam, sensasiyaya səbəb olar. Oğul da, qız da özü üçün yaşayır. Övladlar var ki, ata, ana üçün həyatını qurban edir. O dünyada hərə özü üçün cavab verəcək".