Məşhur cütlük AYRILIB?

Türkiyədə evlilik verilişində tanış olub, ailə quran Nagehan Abdullayeva və Fərid Abdullayevin ayrıldığı iddia olunub.

“Sherg.az”ın məlumatına görə, sosial şəbəkə ulduzları instaqramda bir-birilərini izləməkdən çıxarıb.

Həmçinin onlar birgə paylaşımlarının əksəriyyətini səhifələrindən silib.
Bununla yanaşı Abdullayevlər günlərdir birgə paylaşım etmirlər. 

Bir digər diqqət çəkən məqam isə Fəridin bir neçə həftə öncə xanımının qalmaqal yaşadığı prodüser Tarix Əliyevin (Tolik) ad günündə iştirak etməsi olub.

Qeyd edək ki, Fəridlə Nagehanın iki övladı var.