"Kişiliyi gündə bir qızla görüşməkdə görürlər"

“Məktəblərdə əxlaq və kişilik dərsləri keçirilməlidir fikrimcə. Müasir gənclər, kişilər çox qəribədirlər. Valideyinlərinə, ətrafdakılara çox laqeyd, məsuliyyətsizdirlər. Neçə vaxtdır müşahidə edirəm”.

“Sherg.az” xəbər verir ki, bu sözləri feysbukda müğənni Nura Suri yazıb.  Sənətçi fikirlərinə bunları da əlavə edib:

“Gündə bir qızla görüşməkdə görürlər kişiliyi. Yəni, say nə qədər çox olsa, o qədər baş ucalığıdır. Yalan danışmaq, qeybət etmək, ailə qurub, boşanmaq adi haldır. Heç bir ailə dəyərlərindən, sevgidən, mərdlikdən, sözünün ağası olmaqdan anlayışları yoxdur. Nə qədər ki, köhnə kişilər sağdır, hələ kökləri kəsilməyib, master-klass keçsinlər gənclərə. Övladlarınıza pul yox, tərbiyə verin, kişilik öyrədin. Çox böyük faciədir”.