Monika Belluçidən etiraf: Mən ona aşiqəm

Bir müddətdir Tim Burtonla sevgili olduğu iddia edilən, lakin iddialar qarşısında susmağa üstünlük verən Monika Belluçi ilk dəfə münasibətindən danışıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, 58 yaşlı italyan aktrisa Monika Belluçi ilk dəfə 64 yaşlı amerikalı rejissor haqqında danışıb və sevgisini etiraf edib. Bellucci,  Tim Burtonu "sevdiyini" və görüşlərinin "həyatda nadir hallarda baş verən bir şey" olduğunu söyləyib.

Burtonun filmində də rol alan Belluçi Fransanın “Elle” jurnalına verdiyi müsahibədə “Nə deyə bilərəm ki... Əvvəla, bu insanla tanış olduğum üçün şadam. Bu, həyatda nadir rastlanan qarşılaşmadan  biridir... Mən adamı tanıyıram, onu sevirəm və indi rejissorla görüşəcəm, başqa bir macəra başlayır."
Belluçi əlavə edib:
"Mən Timə aşiqəm və mənim Tim Burtona böyük hörmətim var".