Burak Özçivitlə Ronaldonun görüşü  gündəm oldu!

Son zamanların ən populyar seriallarından olan "Kuruluş Osman" serialının baş rol ifaçısı Burak Özçivit dünya şöhrətli futbolçu Ronaldo ilə görüşüb. Məşhur simaların  fotoları sosial şəbəkədə böyük marağa səbəb olub.

Sherg.az xəbər verir ki, ailəsi və iş həyatı ilə bağlı paylaşımları ilə diqqət çəkən Burak Özçivit bu dəfə azarkeşi olduğu dünyaca məşhur futbolçu Kriştiano Ronaldo ilə paylaşım edib.

Səudiyyə Ərəbistanına gedən Özçivit Ronaldonu görmədən qayıtmayıb. 
Burak Özçivit Kriştiano Ronaldo ilə paylaşımına "Böyük fanatıyam" yazıb. Məşhur ikilinin fotosu sosial şəbəkədə sürətlə yayılaraq minlərlə bəyənmə və şərh toplayıb.