Türkiyənin tanınmış aktrisası Hazal Kaya pişiyi "Leyla"nın öldüyünü açıqlayıb. Sherg.az türk mediasına istinadən xəbər verir ki, aktrisa kədərini "Bu həsrətin heç vaxt bitməyəcəyini bilirəm. Səni çox sevirəm" deyə kədərini ifadə edib.
2019-cu ildən bəri Ali Atay ilə xoşbəxt ailə həyatı quran Hazal Kaya ötən mart ayında oğlu Fikrət Alidən sonra Leyla Sürəyya adını verdiyi qızını dünyaya gətirərək ikinci dəfə ana olub.
Şəxsi həyatlarını ictimaiyyətin diqqətindən kənarda yaşamağa üstünlük verən cütlük, pişikləri "Leyla"nın ölümü ilə böyük kədər yaşadılar. Hazal Kaya Leylanın fotolarını izləyiciləri ilə bölüşüb.
Məşhur ad kədərini "Gözəl qızım, 12 illik otaq yoldaşım, Leylam... Yetkin həyatım boyu yanımda oldun. Bir yerdə böyüdük, ailəmiz böyüdü, uşaqlara bir yerdə baxdıq. Yanımdan heç ayrılmadın, hamımızı çox sevdin. Sağ ol, gözəlim"- deyə ifadə edib.