"Kardeşlerim" serialında "Akif Atakul" obrazını canlandıran Celil Nalçakan çəkiliş meydançasında qəza keçirib. Sherg.az xəbər verir ki, Naçakan sosial media hesabından paylaşım edərək səhhəti ilə bağlı məlumat verib.
Celil Nalçakan qolu gipslə çəkdirdiyi şəklini İnstaqram hesabında paylaşıb.
"Kardeşlerim" serialının çəkiliş meydançasında qəza keçirdiyini deyən 45 yaşlı aktyor səhhəti ilə bağlı izləyicilərini məlumatlandırıb:
"Buna da bu ilin bəd nəzəri deyəkmi? Deyək. İstədim özümdən eşidəsiniz. Çəkiliş meydançasında kiçik bir qəza keçirdim, amma hər şey qaydasındadır".