Aktyor Berkay Hardal və həyat yoldaşı Dilan Telkökün Muğladakı evləri gündəmə gəlib. Muğlanın təbiəti ilə göz qamaşdıran Köyceğiz rayonunda məskunlaşan cütlük arzuladıqları evi tikdirib. Həm ev, həm də bağ adamı heyran edir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, koronavirusun təsirli olduğu vaxt İstanbuldan ayrılan cütlük Muğlaya köçüb. Əvvəlcə kirayədə yaşayan cütlüyün sonradan öz evləri də tikilib.
Cütlüyü Dilan Telkökün memar qardaşı da müşayiət edib. Xoşbəxt cütlük uzun zəhmətlər nəticəsində yeddi otaq, üç hamam və qonaq otağından ibarət hündür tavanlı ev tikdirib.
Evin mətbəxi bağçaya baxır. Sevgililər mətbəxi və təbiəti böyük şüşə örtüyü ilə birləşdirib. Ətrafın abadlaşdırılmasına önəm verən cütlük bağlarını portağal ağacları və qızılgüllərlə bəzəyib.
Hər bir detalı düşünülmüş evdə kamin də var. Xoşbəxt cütlük qış aylarını kamin yanında keçirir.